ORTODONTİYA

Dişlərin vəziyyətinin pozulması və anomaliyası, bunların müalicəsi ilə məşğul olan stomatologiya bölməsidir. Dişlərin düzgün formalaşması yalnız estetik müalicə deyil, bu həm də dişlərin və çənənin müxtəlif xəstəliklərə qarşı inkişafının qarşısının alınmasıdır. Əvvəllər hesab edilirdi ki, belə müalicə yalnız diş-çənə sisteminin formalaşması dövründə aparıla bilər, yəni uşaq və yeniyetmə yaşlarda. Hazırda yeni ortodontik konstruksiyalar, yalnız uşaqlarda deyil, həm də böyüklərdə də yaxşı nəticələrlə korreksiyalara imkan verir.

Ortodontik Müalicə Necə Aparılır?

Ortodontik müalicə ikiyə bölünür: çıxarıla bilən və ya sabit. Çıxarıla bilən müalicə şəffaf lövhə adlanan protezlər və ya xəstənin ağzına taxıb çıxara biləcəyi

Ortodontik müalicə üçün yaş həddi varmı?

Hər yaşda yalnız diş sıxlığı müalicə edilə bilər. Ancaq skelet pozğunluqlarında (aşağı çənənin irəli və ya çox geri olması, üst çənənin çox kiçik olması və s.) müalicə yetkinlik dövrü tamamlanmadan aparılmalıdır. Yaşlı insanlarda skelet problemlərini ortognatik cərrahiyyə deyilən hərtərəfli əməliyyatlarla müalicə etmək olar. Belə mürəkkəb müalicələrə ehtiyac qalmamaq üçün ilk ortodontik müayinə 7-8 yaşlarında aparılmalıdır.Ortodontik müalicə hansı problemləri əhatə edir?

Bu üsul sadə əyrilikləri və dişlərarası boşluqları düzəltmək üçün istifadə olunur. Sabit müalicədə dişlərə bərkidilən və xəstə tərəfindən çıxarıla bilməyən braket adlanan hissələr yapışdırılır. Bu hissələr metal və ya keramika ola bilər və xüsusi tellər ilə birləşdirilir. Bu sayədə dişlər hərəkət etdirilir və əyriliklər düzəldilir.

Bundan əlavə, bəzi çənə problemlərini düzəltmək üçün çənələr xarici çənə dayaqları və baş geyimləri ilə düzəldilir.

Ortodontik müalicə aralı, çəp, retension, əyri, və çənə inkişafı pozulmuş dişlər üçün tətbiq oluna bilər.

Ortodontik müalicədən sonra nələrə diqqət edilməlidir?

Ortodontik müalicədən sonra bəzi vacib məqamlara diqqət yetirilməlidir. Ortodontik müalicə zamanı edilən diş hərəkətləri müalicədən sonra geri dönməyə meyllidir. Dişlərin əvvəlki vəziyyətinə qayıtmaq istəməsinin səbəbi dişin paradont bağlarının elastik olması və dişləmə, çeynəmə kimi hərəkətlərin dişləriönə doğru hərəkət etdirməsidir. Hər bir xəstədə fərqli təkrarlanma meyli müşahidə oluna bilər.Müalicədən sonra təkrarlanmanın qarşısını almaq üçün ümumiyyətlə iki növ ehtiyat tədbirləri görülür. Bunlardan biri breketler çıxarıldıqdan sonra alt dişlərin daxili tərəfinə tətbiq olunan sabit tutuculardır. Bu qoruyucular heç bir şəkildə hiss olunmur və asanlıqla təmizlənə bilər. Tətbiq olunan başqa bir qoruyucu növü daşınan qoruyucudur.

Ortodontik müalicə üçün yaş həddi varmı?

Hər yaşda yalnız diş sıxlığı müalicə edilə bilər. Ancaq skelet pozğunluqlarında (aşağı çənənin irəli və ya çox geri olması, üst çənənin çox kiçik olması və s.) müalicə yetkinlik dövrü tamamlanmadan aparılmalıdır. Yaşlı insanlarda skelet problemlərini ortognatik cərrahiyyə deyilən hərtərəfli əməliyyatlarla müalicə etmək olar. Belə mürəkkəb müalicələrə ehtiyac qalmamaq üçün ilk ortodontik müayinə 7-8 yaşlarında aparılmalıdır.

Ortodontik müalicə nə qədər vaxt aparır?

Ortodontik müalicənin müddəti hər xəstəüçün dəyişir. Müalicə müddəti xəstədən xəstəyə və hətta həkimdən həkimə dəyişir.Ümumiyyətlə, ortodontik müalicə uzunmüddətli müalicə prosesini əhatə edir. Bəzi maloklüziyalar bir mərhələli müalicə ilə düzəldilə bilsə də, bəzi hallarda yaxşılaşma yalnız iki və ya üç mərhələdən sonra əldə edilə bilər. Bir neçə aylıq müalicə planı ilə daha sadə ortodontik problemlər həll oluna bilsə də, yaşanan problemin növünə görə müalicəsi 1,5-2 ilə qədər davam edən xəstələr də var.

person in blue long sleeve shirt holding black and white tray
person in blue long sleeve shirt holding black and white tray
Diaqnostik Xidmətlər:

Ətraflı Hesabat: Yoxlama nəticələrinin ətraflı şəkildə qiymətləndirilməsi və sizə izahlı hesabatların təqdim edilməsi.

Müalicə Tövsiyələri: Ehtiyaclarınıza və müayinə nəticələrinə əsasən sizə xüsusi müalicə variantları təqdim etmək.

Məsləhət xidmətləri: Xəstələrimizə suallarını cavablandırmaq və sağlam təbəssüm üçün təkliflər vermək üçün məsləhət xidmətləri.